Quyruq rotorsuz helikopter

“Sagita Helicopters” tərəfindən dizayn edilən helikopter digərlərindən fərqlənir. Belə ki, bu helikopterin quyruq rotoru yoxdur. Əks istiqamətlərdə fırlanan ikili rotor sayəsində helikopter balansını tənzimləyə bilir. Uçuş mənzili 400 kilometr (280 mil) olan bu 2 nəfərlik helikopterin çəkisi 261 kiloqramdır (575 funt). Əlavə olaraq 171 kiloqram (378 funt) yük götürmə qabiliyyətinə malikdir. Sürəti isə 158 kilometr/saat (98 mil/saat).

Eni 1.45 metr (4.8 ft), hündürlüyü isə 1.26 metrdir (4.1 ft). Rotorlarsız uzunluğu 4.8 metrdən azdır. Gözlənilən maksimum uçuş müddəti 5 saat, uçuş yüksəkliyi isə 2000 metrdir.

Hələlik prototipi hazırlanan “Sagita” helikopterin təqribən 2 il ərzində hazır olacağı və 3 sonra satışa çıxarılacağı planlaşdırılır. Satış qiyməti isə 200 min dollar olacağı gözlənilir.

Helikopterin 5 dəfə kiçildilmiş modeli isə artıq hazırlanıb və test edilib.

Airbus Beluga təyyarəsi

Airbus A300-600ST və ya Beluga, böyük ölçülü yüklərin daşınması üçün geniş gövdəli A300-600 təyyarəsinin modifikasiya olunmuş halıdır. İlkin olaraq təyyarə “Super Transporter” adlandırılsa da, sonradan “Beluga” adı ilə popular olmuşdur.

Beluga, təyyarə hissələrinin daşınması üçün nəzərdə tutulmuşdur. Belə ki, təyyarə və hava nəqliyyatı istehsal edən “Airbus” şirkətinin təyyarə hissələrinin istehsalı bir neçə ölkəyə səpələnmişdir (Almaniya, Fransa, İspaniya, İngiltərə və Niderland). Bu hissələrin bir araya gətirilib yığılması üçün məhz Beluga təyyarəsindən istifadə olunmaqdadır.

Qurulmasına 1992-ci ilin sentyabr ayında start verilmişdir. 1994-cü ilin setyabr ayında ilk uçuşu həyata keçirilmişdir. 335 saat test uçuşundan sonra 1995-ci ilin oktyabr ayında uçuş sertifikatı verilmişdir. Hal-hazırda istifadədədir.

Xüsusiyyətləri

SATICAirbus-Beluga-AST

Uzunluğu: 56.15 metr (184 ft 3 in)
Eni: 44.84 metr (147 ft 1 in)
Hündürlüyü: 17.24 metr (56 ft 7 in)
Qanadının sahəsi: 258.80 kvadrat metr (2,785.7 sq ft)
Füzelyaj diametr: 3.95 metr (13.0 ft),
7.1 metr (23 ft 4 in) yük bölməsində
Boş çəkisi: 86t
Maksimum qalxış çəkisi: 155t
Mənzili (40 t. yüklə): 2,779 kilometr (1,501 nmi)
Mənzili (26 t. yüklə): 4,632 kilometr (2,501 nmi)
Mühərriki: GE CF6-80C2A8
Yük tutmu: 47t
Yük həcmi:  1,210 kub metr (43,000 cu ft)
Heyyət: 2